Almaniya “Leopard-2” tanklarının Ukraynaya verilməsini rəsmən təsdiqləyib
Kiyev, 25 yanvar, AZƏRTAC
Almaniyanın federal hökuməti Ukrayna Silahlı Qüvvələrini “Leopard-2” əsas döyüş tankları ilə təmin etmək qərarına gəlib.
AZƏRTAC “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytı məlumat yayıb.
Almaniya Kansleri Olaf Şolts çərşənbə günü hökumətin iclasında Almaniyanın Ukraynaya hərbi dəstəyi artıracağını bildirib.
"Bu qərar bizim bildiyimiz Ukraynanı bacardığımız qədər dəstəkləmək xəttimizə uyğundur. Biz sıx əlaqələndirilmiş beynəlxalq səylər çərçivəsində hərəkət edirik", - deyə Kansler vurğulayıb.
Qərar Almaniyanın ən yaxın Avropa və beynəlxalq tərəfdaşları ilə aparılan intensiv məsləhətləşmələrin nəticəsi olaraq verilib.
Məqsəd Ukrayna üçün “Leopard-2” tanklarının iki batalyonunu tez bir zamanda yığmaqdır.
İlk addım olaraq Almaniya Bundesverin anbarlarından 14 “Leopard 2 A6” tankı verəcək. Digər Avropa tərəfdaşları da rəsmi Kiyevə “Leopard 2” tankları hədiyyə edəcəklər.
Ukrayna ekipajlarının hazırlığı yaxın vaxtlarda Almaniyada başlamalıdır.
Bundan əlavə, Almaniya “Leopard 2” tanklarını anbarlarından Ukraynaya sürətlə çatdırmaq istəyən tərəfdaş ölkələrə müvafiq icazələr verəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]