Almaniya Prezidenti Tanzaniyada törədilən müstəmləkə cinayətlərinə görə üzr istəyib
Bakı, 2 noyabr, AZƏRTAC
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer onun ölkəsi tərəfindən Tanzaniyada törədilən müstəmləkə cinayətlərinə, xüsusilə XX əsrin əvvəlində Maci-Maci qiyamı zamanı 300 min insanın qətlə yetirilməsinə görə üzr istəyib.
AZƏRTAC Britaniyanın BBC kanalına istinadla xəbər verir ki, Frank-Valter Ştaynmayer bu sözləri Maci-Maci qiyamı qurbanlarının nümayəndələri ilə görüşdə söyləyib.
“Mən almanların sizin əcdadlara qarşı etdiklərinə görə üzr istəyirəm. Burada baş verənlər bizim ümumi tariximizdir, sizin əcdadlarınızın tarixidir, bizim Almaniyadakı əcdadlarımızın tarixidir”, - deyə o bildirib.
Qeyd edək ki, Maci-Maci üsyanı Almaniyanın yerli əhalini ixrac üçün pambıq yetişdirməyə məcbur etmək siyasətinə etiraz olaraq baş verib.
Xatırladaq ki, 2021-ci ildə Almaniya bir əsrdən çox əvvəl Afrikanın cənub-qərbində alman imperiyasının müstəmləkə hakimiyyəti dövründə Namibiyanın yerli xalqları olan herero və namlara qarşı törədilmiş soyqırımı faktını rəsmən tanıyıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]