Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır
Berlin, 11 may, AZƏRTAC
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya səfər edib.
AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, nazir açıqlamasında səfər zamanı iki ölkə arasında yeni silah sistemlərinin birgə istehsalına dair planların müzakirə olunacağını açıqlayıb. Kiyevdəki görüşlərdə əsas diqqət pilotsuz döyüş sistemlərinin, xüsusilə uzaqmənzilli “Deep strike” imkanlarına malik silahların hazırlanmasına yönəlib.
Nazirin sözlərinə görə, Almaniya və Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməyi, birgə müəssisələrin sayını artırmağı və innovativ texnologiyaların inkişafını sürətləndirməyi planlaşdırır. Bu məqsədlə perspektivli hərbi texnologiyalar üzərində çalışan şirkət və mühəndislərin xüsusi platformalar vasitəsilə dəstəklənməsi nəzərdə tutulur.
B.Pistorius bildirib ki, Ukraynanın müharibə şəraitində əldə etdiyi praktiki təcrübə Almaniya üçün də mühüm əhəmiyyət daşıyır. Xüsusilə pilotsuz uçuş aparatlarının tətbiqi və uzaqmənzilli hədəflərin vurulması sahəsində Ukraynanın qazandığı imkanların Almaniyanın və Avropadakı digər tərəfdaşların müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcəyi qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]