Almaniyada inflyasiya yenidən artır
Berlin, 28 fevral, AZƏRTAC
Almaniya Federal Statistika İdarəsi ölkədə istehlak qiymətlərinin yeni dinamika ilə növbəti dəfə artmasını qeydə alıb.
AZƏRTAC xəbər verir ki, yanvar ayında əmtəə və xidmətlərin əsas növlərinin qiymətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 8,7 faiz artıb. Bu artım dekabr ayında inflyasiyanın bir qədər azalmasından sonra qeydə alınıb.
Xatırladaq ki, dekabr ayında inflyasiya noyabrdakı 8,8 faizdən 8,1 faizə düşmüşdü. O vaxt qiymətlərin azalmasına qismən şərait yaratmış fakt ondan ibarət idi ki, dekabr ayında koalisiya hökuməti istehlakçılar üçün mənzillərin qızdırılmasına görə hesablar üzrə birdəfəlik ödəniş etmişdi. Lakin yanvar ayında hökumətin bu yardımının effekti heçə enib, çünki inflyasiya səviyyəsi yenidən artaraq 8,7 faizə çatıb, istehlak mallarının, məişətdə elektrik enerjisinin və bəzi xidmətlərin qiymətləri artıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]