Almaniyanın avtomobil yollarında çoxdan unudulmuş yol nişanları peyda olub
Berlin, 3 mart, AZƏRTAC
Almaniyanın şəhərlərinin bir neçəsində avtomobil yollarında mənası hər zaman məlum olmayan yol nişanları peyda olub. AZƏRTAC xəbər verir ki, bunlardan biri ağ dairədə yaşıl dalğa təsviri olan nişandır. Bu dalğa nəyi ifadə edir? Axı çoxlarımız yol hərəkəti qaydaları üzrə imtahan vermişik və bu nadir, amma rəsmi olaraq təsdiq olunmuş bu nişanın nə demək olduğunu bilməliyik. Beləliklə, avtomobillər üçün sürət həddini tövsiyə edən nişanın altında daha birini - ağ dairədə yaşıl dalğa təsviri olanı görmək mümkündür. Bu nişan Almaniyada təxminən 650 yol nişanı arasında ən unikal olanıdır.
Bu yol nişanı nə deməkdir? Onun yuxarı hissəsi sürət həddini göstərir və altındakı nişan isə yaşıl dalğanın rəmzidir. Sadə dillə desək, bu o deməkdir ki, əgər sürücü təlimatlara əməl edirsə, onda ən yaxın işıqforda yaşıl işıqda keçə bilər, başqa sözlə desək, onun yaşıl dalğadan istifadə etməsi mümkündür. Beləliklə, sürücülər işıqforun qırmızı işığında və dayanacaqda yolu keçə bilərlər. Bu yol nişanının üstünlüyü ondadır ki, zərurət yarandığı zaman onu yandırmaq və ya söndürmək mümkündür. Çünki növbəti işıqforda dayanmağın zəruri olduğu təqdirdə, yol nişanı avtomatik olaraq işıqlanmayacaq.
Qısacası, bu unikal yol nişanı müəyyən sürət həddində hərəkət etdikdə, işıqfordan təhlükəsiz keçməyin mümkün olduğunu bildirir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin