Almaniyanın ifrat sağçı partiyasının Kansler vəzifəsinə namizədi müəyyənləşib
Berlin, 8 dekabr, AZƏRTAC
İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası fevralın 23-də keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində ilk dəfə olaraq Kansler vəzifəsinə namizədini müəyyənləşdirib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, AfD-nin həmsədri, 45 yaşlı Alis Vaydelin partiyanın idarə heyəti tərəfindən Kansler vəzifəsinə namizədliyi yekdilliklə qəbul olunan qərarla irəli sürülüb. A.Vaydel və digər həmsədr Tino Krupalla qərarı dekabrın 7-də AfD-nin ofisində keçirilən mətbuat konfransında elan ediblər.
Ölkədə aparılan son rəy sorğuları nəticəsində AfD-nin reytinqi 19 faiz olaraq dəyərləndirilir. AfD ancaq 32 faiz reytinqə malik Birlik (CDU-CSU) partiyalarından geri qalır. A.Vaydel Kansler vəzifəsinə namizədliyini məhz bu göstərici ilə əsaslandıraraq bildirib: “Biz ölkənin ikinci ən böyük qüvvəsiyik, hökumətə iddiamız məhz bundan irəli gəlir”.
Lakin buna baxmayaraq, A.Vaydelin hökumət başçısı olmaq şansı yoxdur. Çünki bütün digər partiyalar AfD ilə əməkdaşlıqdan imtina edir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]