AMADA-nın rəhbəri WADA-nın məşvərət qrupunun konfransında iştirak edib
Bakı, 27 noyabr, AZƏRTAC
Ümumdünya Antidopinq Agentliyinin (WADA) milli antidopinq təşkilatları üzrə məşvərət qrupunun növbəti videokonfransı olub.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru, ali qurumun məşvərət qrupunun üzvü Şəfəq Hüseynli də iştirak edib.
Məşvərət qrupu WADA rəhbərliyinə milli antidopinq təşkilatlarına dair ekspert məsləhəti vermək və dəstək göstərmək məqsədilə yaradılıb. Qrup dünyanın müxtəlif ölkələrini təmsil edən dopinqlə mübarizə sahəsində tanınmış 10 ekspertdən ibarətdir. AMADA-nın direktoru Şəfəq Hüseynli 2019-cu ildə məşvərət qrupuna üzv seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]