Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMADA-nın yaradılması ölkəmizin ədalət, dürüstlük prinsiplərinə və təmiz idman dəyərlərinə sadiqliyinin nümunəsidir

AMADA-nın yaradılması ölkəmizin ədalət, dürüstlük prinsiplərinə və təmiz idman dəyərlərinə sadiqliyinin nümunəsidir

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan hər bir idman ölkəsi kimi, daim dopinqlə mübarizədə qətiyyətini və təmiz idman prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bütün sahələrdə olduğu kimi, idmanda da ədalət və dürüstlük prinsiplərinin qorunması dövlətimiz üçün dəyişməz prioritetidir. Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2016-ci ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılması ölkəmizin ədalət, dürüstlük prinsiplərinə və təmiz idman dəyərlərinə sadiqliyinin nümunəsidir və dopinqlə mübarizədə dövlətin qətiyyətli iradəsini göstərir. Bu iradənin təzahürü olaraq AMADA fəaliyyət göstərdiyi beş il ərzində beynəlxalq standartların, qabaqcıl təcrübələrin və müasir innovativ üsulların tətbiqi ilə ölkədə dopinq nəzarəti prosesini uğurla həyata keçirir. İdmançıların sağlamlığının, dürüst idmançıların hüquqlarının və ölkənin təmiz idman imicinin qorunması məqsədilə effektiv antidopinq siyasəti həyata keçirilir. Bu illər ərzində AMADA beynəlxalq tədbirlərdə fəal iştirakı və qlobal antidopinq prosesinə verdiyi töhfələrlə etibarlı tərəfdaş kimi tanınıb.

AMADA-dan AZƏRTAC-a bildiriblər ki, statistik rəqəmlərin illər üzrə müqayisəsi də antidopinq sahəsindəki inkişafı əyani olaraq göstərir. AMADA-nın fəaliyyətə başlamasından sonra Azərbaycanda antidopinq qayda pozuntularının sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Azalma xüsusi ilə də beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayında özünü göstərir.

Beynəlxalq təcrübəyə əsasən, antidopinq qayda pozuntularının sayının illər üzrə müqayisəsini aparmaq üçün keçirilən test saylarının aşkarlanan antidopinq qayda pozuntularına nisbəti əsas götürülür.

AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə 487 test götürülüb və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə idmandan uzaqlaşdırma qərarı verilib. Bu isə götürülən testlərin 4,5 faizini təşkil edir. Bu nisbət 2018-ci ildə 2,5 faiz, 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə 0,5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0,2 faiz təşkil edib.

Nəzərə almaq lazımdır ki, milli test proqramı ilbəil daha da təkmilləşdirilib, risk qrupları müəyyən edilərək hədəfli testlər götürülüb və antidopinq qayda pozuntularının aşkarlanması üçün lazımi digər addımlar atılıb. Bütün bunların müqabilində aşkarlanan antidopinq qayda pozuntularının nisbətinin aşağı düşməsi onu göstərir ki, AMADA-nın beş illik fəaliyyəti dövründə həyata keçirdiyi səmərəli tədbirlər öz bəhrəsini verir. Artıq peşəkar idmançılar dopinqdən istifadənin fəsadları və hüquqi nəticələri barədə daha məlumatlıdır. Bu baxımdan aparılan genişmiqyaslı antidopinq maarifləndirməsi və təbliğatı xüsusi çəkiyə malikdir. Belə ki, AMADA Azərbaycanın idman ictimaiyyətini, o cümlədən peşəkar və həvəskar idmançıları, məşqçiləri, idmançıya dəstək heyətini, həkimləri və universitet tələbələrini əhatə edən müxtəlif növ təhsil proqramları icra edir. Antidopinq maarifləndirməsi çərçivəsində idman federasiyaları və idman məktəblərində müxtəlif yaş qruplarına aid idmançılar, məşqçilər, idman həkimləri və digər idman subyektləri üçün silsilə seminarlar təşkil olunur. İdman təmayüllü ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində əməkdaşlarımız tərəfindən antidopinq tədris proqramı həyata keçirilir. Bundan əlavə, ölkədə keçirilən yerli və beynəlxalq səviyyəli yarışlarda, habelə ənənəvi mətbuatda və sosial mediada geniş antidopinq təbliğatı aparılır.

Görülən kompleks tədbirlərin nəticəsində beynəlxalq səviyyədə də antidopinq qayda pozuntularının sayında nəzərəçarpan azalma müşahidə olunur. Bu isə onu göstərir ki, beynəlxalq yarışlarda ölkəmizi təmsil edənlərin əksəriyyəti AMADA-nın antidopinq maarifləndirmə proqramlarını mənimsəmiş və təmiz idman dəyərlərinə hörmətlə yanaşan idmançılardır. Çünki antidopinq qayda pozuntuları törədən idmançılar əksəriyyəti elə ölkə daxilində müəyyən edilir və onların beynəlxalq yarışlarda iştirakının qarşısı alınır.

AMADA-nın fəaliyyət göstərdiyi ilk dörd illə (2017-2020-ci illər, 2021-ci il bitmədiyi üçün müqayisəli təhlilə daxil edilməyib) ondan əvvəlki dörd ilin (2013-2016-cı illər) müqayisəsi də bunu aydın göstərir. Belə ki, 2013-2016-cı illərdə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında 40 antidopinq qayda pozuntusu aşkarlanmışdısa, bu rəqəm AMADA-nın fəaliyyətə başlamasından sonrakı dörd ildə iki dəfə azalaraq 20-yə bərabər olub. Müqayisə üçün deyək ki, təkcə, 2013-cü ildə aşkarlanan beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayı (24 ədəd) AMADA-nın beş illik fəaliyyəti dövründə aşkarlanan antidopinq qayda pozuntularından (21) çoxdur.

Son illər qlobal səviyyədə antidopinq tədbirləri daha da gücləndirilib və bu sahədə qayda pozuntularının aşkarlanmasında ən müasir laborator üsullardan istifadə olunur. Belə ki, dünya üzrə 2017-ci ildə aşkarlanan beynəlxalq antidopinq qayda pozuntularının sayı 2016-cı illə müqayisədə 13 faiz artıb. 2018-ci ildə isə əvvəlki ildən daha 6,5 faiz çox qayda pozuntusu qeydə alınıb. Bununla belə həmin illərdə də Azərbaycan idmançılarında antidopinq qayda pozuntusu aşkarlanması hallarında azalma müşahidə olunub.

İlbəil beynəlxalq səviyyədə aşkarlanan antidopinq qayda pozuntularının sayında mütəmadi azalma müşahidə olunur və son illər bu rəqəm minimuma enib. Belə ki, son üç ildə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında cəmi iki antidopinq qayda pozuntusu aşkarlanıb.

AMADA-nın fəaliyyət göstərdiyi dövrün illər üzrə statistik rəqəmlərin müqayisəli təhlili göstərir ki, dopinqlə mübarizə sahəsində həyata keçirilən dövlət siyasəti davamlı və sistemli xarakter daşıyır. İdmançılar başda olmaqla idman ictimaiyyəti dopinq nəzarətinin vacibliyini və antidopinq qayda pozuntularının aşkarlanmasının qaçılmaz olduğunu dərk edir, təmiz idmanın alternativinin olmadığının fərqindədir.

Azərbaycan bütün sahələrdə olduğu kimi, idmanda da təmiz qələbələr qazanır və bərqərar olan ədalətin rəmzinə çevrilmiş bayrağımız qürurla ucaldılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO