AMEA-nın Naxçıvan Bölməsində Nizami Gəncəviyə həsr olunmuş virtual sərgi açılıb
Naxçıvan, 3 may, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə virtual sərgi təşkil edilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Şərqdən doğan ədəbiyyat günəşi Nizami Gəncəvi - 880” başlıqlı virtual sərgi görkəmli şairin yaradıcılığına maraq göstərən hər kəs üçün faydalı ola bilər. Burada Nizami Gəncəvinin əsərləri, müdrik kəlamları ilə yanaşı, onun həyat və yaradıcılığından bəhs edən kitablar, mətbuatda dərc olunan məqalələr, tanınmış şəxsiyyətlərin Nizami haqqında söylədiyi fikirlər və başqa materiallar nümayiş olunur.