Amin Məmmədov: Ermənistan Espo Konvensiyasının üzvü olsa da, ona əməl etmir VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Bəzi xarici investorlar Ermənistan dövləti tərəfindən yaradılan şərait sayəsində Cənubi Qafqazda ətraf mühitə ciddi ziyan vurur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə söyləyib.
O bildirib ki, Ermənistan Espo Konvensiyasının üzvü olsa da, buna əməl etmir. Lakin Konvensiyaya qoşulan ölkələrin hər birinin transsərhəd kontekstində ətraf mühitin qiymətləndirilməsi ilə bağlı öhdəliyi var. Əgər bir ölkə qonşu dövlətin sərhədinə yaxın ərazidə sənaye və iqtisadi fəaliyyət həyata keçirərsə, bununla bağlı mütləq şəkildə qonşu dövlətin ictimaiyyətinə və hökumətinə hesabat təqdim etməlidir.