Amur Dövlət Universiteti tələbə peyki buraxacaq
Bakı, 26 dekabr, AZƏRTAC
Rusiyanın Amur Dövlət Universiteti 2020-ci ildə 22 kiloqram kütləyə malik peyk buraxmağı planlaşdırır.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, peykin texniki modelinin yığımı 2019-cu ilin mayında, sınaqlar isə oktyabr ayında olacaq. Bu, Rusiya ali məktəblərinin yeddinci tələbə peyki olacaq. Artıq “Roskosmos” tələbə peykinin buraxılmasına ilkin razılıq verib. “ASRTU MicroSat Mission” adlandırılan kosmik aparat kamera ilə təchiz ediləcək. Onun 550 kilometr hündürlüyündə orbitə çıxarılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]