ANA SÜDÜ İLƏ QİDALANMA HƏFTƏSİ KEÇİRİLİR
“Dəyirmi masa”da körpələr üçün süni qidaların keyfiyyətinin aşağı olması, onların lazımi temperatur şəraitində saxlanılmaması, xaricdən idxal edilən qidaların Azərbaycan dilində markalanmaması barədə də danışılmışdır.
Azərbaycan Səhiyyə Nazirliyi 1993-cü ildən YUNİSEF-in dəstəyi ilə ölkəmizdə “Erkən yaşlı uşaqların ana südü ilə qidalanması, döşlə əmizdirmə və millətin sağlamlığı” proqramını gerçəkləşdirir. Proqrama hər 5 ildən bir yekun vurulur və nəticələr barədə hesabat hazırlanır.
Tədbirin sonunda səhiyyə işçilərinə millətimizin gələcəyi olan körpələrimizin sağlamlığı naminə ana südü ilə qidalanmanın təbliğini gücləndirmək tövsiyə edilmişdir. Azərbaycanda bu məsələyə dövlət səviyyəsində qayğı göstərilir. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun həyata keçirilməsi haqqında ümummilli liderimiz Heydər Əliyevin imzaladığı Fərman müstəqil dövlətimizdə genofondun sağlamlaşdırılması istiqamətində atılan ilk addımlardandır.