Anar Bayramov: “RehaBus” layihəsi çərçivəsində artıq 1232 nəfərə xidmət göstərilib
Bakı, 30 yanvar, AZƏRTAC
“Ötən il dekabrın 1-dən Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan Ambulator Reabilitasiya Mərkəzi (“RehaPoint”) tərəfindən bölgədə yaşayan 120 nəfər əlilliyi olan şəxs ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilib”.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2023-cü ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında agentliyin sədri Anar Bayramov deyib. O qeyd edib ki, həmin reabilitasiya vasitələrinə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri daxildir. Eyni zamanda, 2022-ci ildən fəaliyyətə başlayan “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində artıq 1232 nəfərə xidmət göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]