Apreldə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə 9532 zəng daxil olub
Bakı, 6 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı mərkəzinə aprel ayı ərzində 9532 zəng daxil olub. Onlardan 8741-i Azərbaycan dilində, 718-i rus dilində, 73-ü isə ingilis dilində cavablandırılıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, qəbul edilən zənglərin 2812-si müvəqqəti yaşama icazəsi, 1545-i müvəqqəti olma müddətinin uzadılması, 926-sı daimi yaşama icazəsi, 632-si iş icazəsi, 1250-si vətəndaşlıq məsələləri, 392-si olduğu yer üzrə qeydiyyat, 1975-i isə digər məsələlərlə bağlı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]