Aprelin 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı gözlənilir.
Temperaturun gecə 7-12° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 4-9° isti, gündüz 18-23°, bəzi yerlərdə 28-30° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 7-12° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-27° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9° isti, gündüz 15-20°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 7-12° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-30° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 8-12° isti, gündüz 20-25°, bəzi yerlərdə 28° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
Respublika ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcəkdir. Torpağın şum qatında temperaturun 14-18°-yə yüksəlməsi səpilmiş çiyidin, qarğıdalının cücərməsinə müsbət təsir edəcəkdir. Belə hava şəraiti əksər rayonlarda payızlıq dənli bitkilərin sünbülləmə mərhələsi, bostan və tərəvəz bitkilərinin əkilməsi və çoxillik otların inkişafı üçün əlverişli olacaqdır.