Aprelin 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-10°, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacaqdır.
Bakıda gecə 8-10°, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6-11° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 20-25° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 5-10°, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-11°, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı vardır. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 7-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 6-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 5-dən 8-dək Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.