Aprelin 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 16-21°, bəzi yerlərdə 25°-dək isti olacağı gözlənilir.
Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 85-95 faiz, gündüz 55-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 22-27°, bəzi yerlərdə 29°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz olacaqdır. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17°, bəzi yerlərdə 20°-dək isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Havanın əsasən yağmursuz olacaqdır. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Havanın əsasən yağmursuz olacaqdır. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25°, bəzi yerlərdə 27°-dək isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Havanın əsasən yağmursuz olacaqdır. Səhər dağlarda duman, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı gözlənilir.
Qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.