CƏMİYYƏT
Aprelin 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 7-12° , gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti olacaqdır.
Bakıda gecə 9-11°, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-85 faiz, gündüz 50-55 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 22-27°, bəzi yerlərdə 29°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 4-9°, gündüz 12-17°, bəzi yerlərdə 20°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 22-27° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 13-18° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 7-12°, gündüz 22-27°, bəzi yerlərdə 29°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 9-13° isti, gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti olacağı gözlənilir.