Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqşin Əliyev: Azərbaycan dilinin Çində tədrisi missiyasını həyata keçirmək şərəfli işdir

Aqşin Əliyev: Azərbaycan dilinin Çində tədrisi missiyasını həyata keçirmək şərəfli işdir

Pekin, 19 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında və yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin milli dövlətçiliyimizin əsas atributlarından biri kimi dəyərləndirib, dilimizin tarixindən, hazırkı durumundan danışıb. Dövlətimizin başçısı dilimizin saflığının qorunmasının hər bir azərbaycanlının vəzifəsi olduğunu deyib, Azərbaycan dilinin tədrisinin, o cümlədən xaricdə tədrisinin əhəmiyyətindən danışıb.

Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevlə budəfəki müsahibəmizin mövzusu da Azərbaycan dilinin saflığının qorunması, dilimizin xaricdə tədrisidir.

-Aqşin müəllim, Prezident İlham Əliyev son müsahibəsində dilimizin saflığının qorunması işinin peşəsindən asılı olmayaraq, hər bir azərbaycanlının vəzifəsi olduğunu bildirib. Necə düşünürsünüz, dilimizin qorunması üçün əməli olaraq nələr edilməlidir?

-Prezident İlham Əliyevin çıxışlarında Azərbaycan dilinin saflığının qorunmasına və onun ölkə hüdudlarından kənarda da düzgün istifadəsinə xüsusi önəm verilməsi dilin Azərbaycan xalqının milli kimliyinin əsas rəmzi olduğunu ən yüksək səviyyədə təsdiqləyir. Dilin müxtəlif səviyyələrdə qorunması, ana dilindən istifadənin təşviqi, onun beynəlxalq nüfuzunun artırılması, hüquqi və institusional müstəvidə statusunun möhkəmləndirilməsi, sosial inteqrasiya yolu ilə milli birlik rəmzinə çevrilməsi, qloballaşma şəraitində rəqabət qabiliyyətinin gücləndirilməsi, kənar risk və təhlükələrə qarşı qabaqlayıcı tədbirlərin görülməsi, rəqəmsal dil resurslarının vaxtında və məqsədyönlü şəkildə inkişaf etdirilməsi, eləcə də Azərbaycan dilinin xaricdə müstəqil elmi-tədqiqat obyektinə çevrilməsi ana dilimizin qarşısında duran əsas çağırışlar sırasında yer alır. Hesab edirəm ki, bütün bu çağırışların fövqündə vətəndaş amili dayanır. Vətəndaş dedikdə, eyni zamanda, dünyanın dörd bir yanında yaşayan və Azərbaycan dilini özünün ana dili hesab edən həmvətənlərimizi də nəzərdə tuturam. Azərbaycan dilindən düzgün istifadə dedikdə buraya təkcə səlis danışıq yox, yazı və oxu bacarığı, mövcud söz ehtiyatından düzgün istifadə, hətta deyərdim ki, dinləyib anlama bacarıqları da daxildir.

Göründüyü kimi, ana dilindən düzgün istifadə bir-birinə üzvi bağlı olan şərtlərdən ibarət bütöv bir sistemdir. Vətəndaşlarımız bu sistemə daxil olan meyarlara tam və ya mütləq əksəriyyətinə yiyələndiyi halda dilimizin saflığının qorunması yönündə yeyin addımlar ata bilərik. Azərbaycan dilinin saflığının qorunması təkcə alimlərin və ziyalıların vəzifəsi deyil, cəmiyyətin bütün təbəqələrinə daxil olan, Azərbaycan dilini özünə ana dili hesab edən bütün azərbaycanlıların vəzifəsidir. Prezidentin çıxışını dinlədikdən sonra əldə etdiyim əsas nəticələr bunlardır.

-Siz artıq 10 ildir xaricdə, konkret olaraq Çində Azərbaycan dilinin tədrisi ilə məşğulsunuz. Azərbaycan dilinin xaricdə tədrisi, xüsusən də akademik səviyyədə tədrisi ilə bağlı fikirlərinizi eşitmək istərdik. Azərbaycan dilinin xaricdə tədrisinin hansı faydalarını qeyd etmək olar?

-Azərbaycan dilinin xaricdə tədris olunmasının üç böyük müsbət təsirini görürəm. Birincisi, xaricdə yaşayan həmvətənlərimiz üçün Azərbaycan dili mühütünün yaradılması, ana dilimizin əcnəbilərə tədris olunması və Azərbaycan dilinin təkcə ölkəmizdə deyil, xaricdə də müstəqil elmi-tədqiqat obyektinə çevrilməsidir. Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin çinli tələbələrə tədrisi və müstəqil bir tədqiqat sahəsi kimi formalaşması yönündə 2016-cı ildən bəri əsaslı işlər görülüb. 2016-cı ildə Azərbaycan dili kafedrası yaradılıb, 2017-ci ildən Azərbaycan dili üçüncü dil kimi tədris olunub, 2018-ci və 2023-cü illərdə isə Çin ümumrespublika qəbul imtahanı vasitəsilə Azərbaycan dili ixtisasına (bakalavr) qəbul həyata keçirilib. Qeyd edim ki, PXDU-də Azərbaycan dili ixtisasına hər 4 ildən bir qəbul həyata keçirilir.

Prezident İlham Əliyevin 2025-ci ilin aprelində Çinə dövlət səfərində Çin lideri ilə imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da Azərbaycan və Çin dillərinin qarşılıqlı tədrisinə dəstək ifadə edən xüsusi bənd var. Həmin səfər ərəfəsində Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində Çində Azərbaycan dili kafedrasının yaradılmasını sevindirici hal adlandırmaqla öz dəstəyini ifadə edib. Hesab edirəm ki, bunlar Çində Azərbaycan dilinin ixtisas səviyyəsində tədrisinə verilən ən yüksək qiymətdir. Azərbaycanla Çin arasında elm və təhsil əlaqələrin inkişafını nəzərə alaraq, Azərbaycan dilinin tədqiqat sahəsi kimi inkişafını sürətləndirmək, onu öyrənilən dildən tədqiq olunan dil səviyyəsinə çatdırmaq, instisional statusunu yüksəltmək, eləcə də Azərbaycan dili ixtisasını bitirən çinli tələbələrin təhsillərini bu ixtisasda davam etdirmələrini təmin etmək məqsədilə 2026-cı ildə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə magistratura səviyyəsinə qəbul elan edilib. Azərbaycanlı tələbələr üçün də açıq olan bu proqramın ölkələrimiz arasında mədəni mübadiləyə öz töhfəsini verəcəyinə inanıram. Azərbaycan dili kafedrasında hazırda mən də daxil olmaqla 3 müəllim çalışır. Digər iki müəllim PXDU Azərbaycan dili ixtisasının ilk məzunlarıdır, yəni mənim keçmiş tələbələrim, hazırkı həmkarlarımdır. Çində yerli Azərbaycan dili müəllimi yetişdirmək prosesi təxminən 7 il çəkdi. Amma bunun gözəl nəticəsini görmək qürurvericidir.

-Yeri gəlmişkən, PXDU-da Azərbaycan dilinin tədrisi necə təşkil olunur? Azərbaycan dilinin tədris proqramına hansı fənlər daxildir, lazım olan dərsliklər, metodiki vasitələr necə hazırlanır?

-Biz çalışırıq ki, tələbələrimiz Azərbaycan dilini öyrənərkən biliklərini təkcə auditoriya ilə məhdudlaşdırmasınlar. İlk növbədə, 4 illik bakalavr proqramına Azərbaycan dili və mədəniyyətini əhatə edən 30-dan çox fənn daxildir. Bu fənlər özündə qrammatika, fonetika, yazı, oxu, dinləmə, şifahi nitq, yazılı və şifahi tərcümə və digər bacarıqları birləşdirir, eyni zamanda, azərbaycanşünaslıq, Azərbaycan ədəbiyyatı, tarixi və digər fənlər vasitəsilə tələbələrin Azərbaycan haqqında daha əhatəli biliyə malik olmasını təmin edirik. Tələbələr 3-cü kursa çatarkən təhsillərini bir müddət Azərbaycanda davam etdirmələri üçün şərait yaradırıq. Qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrimin bir qismi Bakı Dövlət Universitetində, digər qismi isə Xəzər Universitetində mübadilə proqramında iştirak edir. Universitetlərimiz arasında əldə olunmuş razılaşmaya əsasən, sözügedən tələbələr PXDU proqramına uyğun olaraq müvafiq dərsləri həmin ali təhsil müəssisələrində keçirlər və bu dərslər üzrə qazandıqları kreditlər PXDU tərəfindən tanınır. Tədrisin 4-cü kurs mərhələsində isə tələbələr yenidən PXDU-da təhsillərini davam etdirəcəklər.

Bununla yanaşı, tələbələr Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən təşkil olunan xüsusi ixtisaslaşmış kurslarda da iştirak edirlər. Bundan başqa, universitetimizə Azərbaycandan tez-tez alimlər və gənc tədqiqatçılar dəvət etməklə dilimizlə bağlı son tədqiqatları da tələbələrin nəzərinə çatdırmağa çalışırıq.

Dərslik və lüğətlərin hazırlanmasına xüsusi diqqət ayırırıq. Əlbəttə, Azərbaycanda əcnəbilərin Azərbaycan dilini öyrənməsi üçün çoxsaylı dərsliklər var. Amma o dərsliklərin heç biri bizim Azərbaycan dili ixtisasının ehtiyacını ödəmir. Çünki bu, dünyada yeganə müstəqil Azərbaycan dili üzrə bakalavr ixtisasıdır. Azərbaycan dilini hər bir sahəsi ayrıca fənn kimi tədris olunur. Odur ki, hər bir fənnin dərsliyi də ayrıca tərtib olunub tələbələrin ixtiyarına verilir. İkinci səbəb isə hesab edirəm ki, hər bir dərslik tədris olunduğu ölkənin mədəniyyəti, xalqın milli düşüncəsi, hətta siyasəti ilə uzlaşmalıdır. Əlbəttə, bu, çox uzun və çətin bir prosesdir, ən əsası Azərbaycan dilinin xaricdə müstəqil tədqiqat sahəsi kimi formalaşması üçün mühüm addımdır. Bu missiyanı həyata keçirmək mənim üçün böyük şərəfdir. Artıq bir çox dərsliklərimiz və müxtəlif təyinatlı dörd lüğətimiz işıq üzü görüb. Dərsliklərin bir qismi isə 2026-cı ildə çapdan çıxacaq.

- PXDU-da sizin rəhbərlik etdiyiniz Azərbaycan dili kafedrası dilimizin tədrisi ilə yanaşı, Azərbaycan mədəniyyətinə dair tədbirlər təşkil edir, müxtəlif elmi layihələr həyata keçirir. Azərbaycan mədəniyyətinin Çində tanıdılmasına böyük töhfələr verən həmin işlər haqqında oxucularımıza daha ətraflı məlumat verə bilərsinizmi?

-Azərbaycan dilini daha geniş auditoriyaya çatdırmaq üçün müxtəlif elmi tədbirlər keçiririk. Misal üçün 2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyimiz dahi şairimiz Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Azərbaycan dili və ədəbiyyatı sərgisini, 2021-ci ildə “Nizami İli”nə həsr olunmuş “Nizami irsi” layihəsini, 2024-cü ildə 1-ci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransını, 2025-ci ildə “Birinci Çin-Azərbaycan Gənclər Forumu: Yüksəksəviyyəli tərcümə və mədəniyyətlərarası ünsiyyət seminarı”nı göstərə bilərik. Bu tədbirlər öz ətrafına Çindən çoxsaylı alim və gənc tədqiqatçıları cəlb etdi, Azərbaycan dilinə maraq göstərən, onu tədqiq edən alimləri bir yerə toplaya bildik. Gələcəkdə bu tədbirlər davamlı olacaq.

-Məlumdur ki, texnologiyanın inkişafı təhsildə, tədrisdə də yeni çağırışlar ortaya çıxarıb. Artıq ənənəvi təhsillə yanaşı distant (onlayn) təhsil, hətta mobil tətbiqlər vasitəsilə təhsil imkanları genişlənib. Sizin təmsil etdiyiniz universitet Azərbaycan dilinin tədrisində hansı texnoloji yenilikləri tətbiq edir?

-Qloballaşma və rəqəmsallaşma proseslərinin sürətlə inkişaf etdiyi müasir dövrdə Azərbaycan dilinin xarici auditoriyaya tədrisində rəqəmsal vasitələrin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal platformalar, onlayn tədris mühitləri, mobil tətbiqlər və multimedia resursları dil öyrənmə prosesini daha əlçatan, çevik və interaktiv hala gətirir. Bu vasitələr coğrafi məhdudiyyətləri aradan qaldıraraq, müxtəlif regionlarda yaşayan insanlar üçün dil biliklərini əlçatan edir. Bu xüsusda Pekin Xarici Dillər Universiteti daha bir ilkə imza atıb. Çəkilişləri bir ildən çox davam edən Azərbaycan dilinin Açıq Kütləvi Onlayn Dərsləri (MOOC) 2025-ci ilin mayından etibarən PXDU-nun Çin xarici dillərin onlayn tədrisi platformasına yerləşdirilib. Beləliklə, Çində Azərbaycan dilinin virtual tədrisi reallaşdırılıb. Keçən müddət ərzində Azərbaycan dilinin MOOC dərsləri hər biri 3 ay olmaqla iki semestrlik bütün Çin ictimaiyyətinin ixtiyarına verilib. İki semestrdə virtual dərslərimizə 500-ə yaxın çinli müraciət edib və Azərbaycan dilini öyrənib. Bu layihə hələ uzun illər davam edəcək.

Bununla yanaşı, Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin korpusunun yaradılması istiqamətində məqsədyönlü işlər sistemli şəkildə davam etdirilir. Gözlənilir ki, sözügedən korpus təkcə Çin daxilində deyil, eyni zamanda, azərbaycanlı tədqiqatçılar üçün də dilçilik araşdırmalarında etibarlı elmi baza funksiyasını yerinə yetirəcək. Qeyd etmək lazımdır ki, Pekin Xarici Dillər Universitetinin Korpus Dilçiliyi Tədqiqat Mərkəzi Çində ən geniş xarici dil korpusları toplusuna malik olmaqla yanaşı, beynəlxalq elmi ictimaiyyət tərəfindən də fəal şəkildə istifadə olunan aparıcı tədqiqat platformalarından biridir.

-Aqşin müəllim, sizin təşəbbüsünüzlə bir neçə ildir ki, “AZLİNG Azərbaycan dili və müasir dilçilik” adlı layihə icra olunur. Artıq bir neçə ildir ki, xarici alimlərin də iştirakı ilə keçirilən beynəlxalq konfranslarda dilçilik problemləri müzakirə olunur. Bu layihə hansı ideyadan yaranıb?

-Hesab edirəm ki, harada yaşamasından asılı olmayaraq, Azərbaycan dilinin saflığının qorunması xidmət etmək hər birimizin borcudur. Bu işi biz həm yaşadığımız ölkədə, həm də Azərbaycanda həyata keçirməliyik. Məmnunluqla qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun dəstəyi ilə artıq 5 ildir ki, Neftçala rayonunda “AZLİNG Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçiririk. Bu konfransın təşəbbüsünü neftçalalı dilçi həmkarımla birgə irəli sürmüşük. Bu konfrans mənim üçün ilin ən böyük hadisələrindəndir. “AZLİNG” silsilə konfransları ölkəmizdə miqyasına görə Azərbaycan dilinin tədqiqi və qorunmasına həsr olunmuş ən iri elmi tədbirlərdən biri olmaqla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında irəli sürülən prinsiplər və məqsədlərlə tam uyğun şəkildə təşkil olunur. Konfransa xarici alimlər də cəlb olunur və konfrans materialları hər il kitab halında dərc olunur. İnanıram ki, əhatə dairəsi ilbəil genişlənən AZLİNG konfransının coğrafiyası da qarşıdakı illərdə daha da genişlənəcək və şaxələnəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq

Bakıda VI “Qələbə qaçışı”na start verilib

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub