AQTA-nın və AQTİ-nin nümayəndələri Çində keçirilən beynəlxalq seminarda iştirak ediblər
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndələri Çin Xalq Respublikasında keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün kənd təsərrüfatı sənayesinin inkişafı və yoxsulluğun azaldılması” mövzusunda beynəlxalq seminarda iştirak ediblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminar zamanı kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafı, aqrar innovasiyalar, yaşıl və dayanıqlı kənd təsərrüfatı, rəqəmsallaşma və kənd yerlərinin inkişafı istiqamətlərində nəzəri və praktiki təlimlər keçirilib.
Tədbir çərçivəsində Azərbaycanda qida təhlükəsizliyi sisteminin institusional və hüquqi əsasları, beynəlxalq standartlara uyğun inkişafı, eləcə də Azərbaycan və Çin arasında qida təhlükəsizliyi sahəsində mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri barədə təqdimat keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:07]
Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
- 09.09.2026 [16:04]
Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar
- 09.09.2026 [15:48]