“Araz-Naxçıvan” futzal klubu baş məşqçisi ilə yollarını ayırıb
Bakı, 26 sentyabr, AZƏRTAC
“Araz-Naxçıvan” futzal komandasında baş məşqçi dəyişikliyi edilib.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, klubdaxili iclas zamanı komandanın UEFA Çempionlar Liqasındakı çıxışı müzakirə olunub və nəticə qeyri-qənaətbəxş hesab olunub.
Buna görə də baş məşqçi Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Predraq Rayiçə həvalə olunub. V. Borisov Azərbaycan millisinin baş məşqçisi kimi işini davam etdirəcək.
Qeyd edək ki, Vitali Borisov və Predraq Rayiç 2023-cü ilin iyulundan Azərbaycan millisində və “Araz-Naxçıvan”da çalışırdı. Borisov baş məşqçi təyin olunduqdan sonra serb mütəxəssisi məşqçilər korpusuna dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]