İQTİSADİYYAT
ARDNŞ-in yeni standartları təqdim olunmuşdur
Bakı, 8 oktyabr (AZƏRTAC). Beynəlxalq standartlara keçid üzrə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində ARDNŞ-in “Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması” sahəsində 9 yeni standartı hazırlanmış və toplu halında şirkətin 10 avqust 2012-ci il tarixli əmri ilə təsdiqlənmişdir.
AZƏRTAC xəbər verir ki, həmin standartların təqdimatı və müvafiq treninqlər keçirilmişdir. Əvvəlcə ARDNŞ-in vitse-prezidentləri, şirkətin strukturuna daxil olan idarə və müəssisələrin rəhbərləri, departament və şöbə rəisləri, sonra isə Təlim Tədris Sertifikatlaşdırma İdarəsində müəssisələrin qurum rəhbərləri üçün treninqlər təşkil olunmuşdur.
Treninqlərdə beynəlxalq qanunvericiliyin tələblərinə uyğun yeni standartların ARDNŞ-də tətbiqi qaydaları slaydlar vasitəsi ilə iştirakçılara izah olunmuş, onların sualları ətraflı cavablandırılmışdır.
Qeyd edək ki, yeni standartlar 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]