ARDNŞ-nin Ekologiya idarəsində işçi heyətin maarifləndirilməsi üzrə seminarlara başlanılmışdır
Bakı, 20 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və beynəlxalq idarəetmə sistemlərinin tətbiqi şöbəsi tərəfindən OHSAS 18001 təhlükəsizlik idarəetmə sistemi üzrə işçi heyətin maarifləndirilməsi işlərinə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, ilk maarifləndirmə seminarı avqustun 20-də idarənin idarəetmə aparatının bütün şöbələrinin əməkdaşları üçün keçirilmişdir.
Seminarda əməyin mühafizəsi, təhlükəsizlik texnikası və beynəlxalq idarəetmə sistemlərinin tətbiqi şöbəsinin əməkdaşı tərəfindən işçilərə OHSAS 18001 beynəlxalq standartının “Qəza nəzəriyyəsi”, “Risklərin qiymətləndirilməsi”, “Fövqəladə hallara hazırlıq” mövzuları haqqında ətraflı məlumat verilmiş, işlərin standartın tələblərinə uyğun yerinə yetirilməsinin üstünlüklərindən söhbət açılmışdır.
Maarifləndirmə seminarları idarənin bütün istehsalat sahələrində təsdiq edilmiş maarifləndirmə qrafikinə uyğun olaraq davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]