ARIÇILIĞA DAİR YENİ KİTAB
AZƏRTAC xəbər verir ki Qulamhüseyn Sultanlının “Arı xəstəlikləri və ziyanvericiləri” kitabı çapdan çıxmışdır.
Kitabda, ilk dəfə olaraq, arıların saxlanmasının baytar-sanitar qaydaları, yoluxucu, invazion və yoluxmayan xəstəliklərin səbəbləri, klinik əlamətləri, diaqnostika, müalicə və profilaktika tədbirləri geniş şərh edilmişdir. Arıların ziyanvericiləri və düşmənləri, onlara qarşı mübarizə üsulları ətraflı göstərilmişdir.
Peşəkar və həvəskar arıçılar və baytarlıq mütəxəssisləri üçün nəzərdə tutulan bu nəşr tələbələr, ixtisasartırma kurslarının dinləyiciləri üçün də səmərəli vəsait ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]