ARXEOLOQLAR OĞUZ RAYONUNDA QAZINTI İŞLƏRİ APARIRLAR
AZƏRTAC xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Oğuz Rayon İcra Hakimiyyətinin yaxından köməyi ilə rayonun Yaqublu kəndi yaxınlığındakı Kurqanlar çölündə qazıntı işlərinə başlamışlar.
İnstitutun əməkdaşı Nəsib Muxtarovun verdiyi məlumata görə, ərazidə qeydə alınan 9 kurqandan 4-nün yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağılmış və ya digər məqsədlər üçün istifadə edilmişdir. Hazırda diametri 60 metr olan kurqanda tədqiqat işləri aparılır.
Arxeoloji materiallar bu abidənin Tunc dövrünün sonu, erkən Dəmir dövrünün əvvəllərinə aid olduğunu, həmin dövrlərdə bu regionun güclü iqtisadiyyata malik olduğunu, daxili və xarici ticarətin, sənətkarlığın, xüsusilə metal işləmə, dulusçuluq və digər sənət sahələrinin yüksək səviyyədə inkişaf etdiyini deməyə əsas verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]