MƏDƏNİYYƏT
Arxeoloqlar Yunanıstanda 3500 il yaşı olan kral məzarları aşkar ediblər
Afina, 26 dekabr, AZƏRTAC
Yunanıstanın Mədəniyyət Nazirliyi Peloponnes bölgəsində 3500 il yaşı olan kral məzarlarının aşkar edilməsi barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda tapıntıların Pilos şəhərində bürünc dövrünə aid böyük sarayın yanında aşkar edildiyi vurğulanır.
Bildirilir ki, tapıntılar arasında ən qiymətliləri üzərində möhür olan qızıl üzük və qızıldan hazırlanmış amuletidir. Arxeoloqlar bildiriblər ki, məzarlıqların üstü dağıldığına görə daşlar içəriyə dolub və işlərə mane olur. Tapıntılarda Yunanıstanın bürünc dövrü zamanı ticarət və mədəni əlaqələri barədə çox qiymətli məlumatlar əks olunur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [17:45]
Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib
- 01.06.2024 [17:08]
“Qala” Qoruğunda Etno Fest
- 01.06.2024 [15:37]
Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib
- 01.06.2024 [15:16]
“Sənətkarın dostu” layihəsinə start verilib
- 01.06.2024 [14:54]
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri
- 01.06.2024 [14:46]
“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə
- 01.06.2024 [14:40]
Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub
- 01.06.2024 [13:02]