“Aşıq Qərib” növbəti dəfə repertuara salınıb
Bakı, 25 yanvar, AZƏRTAC
Fevralın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üçpərdəli “Aşıq Qərib” baleti nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqədir.
Baletin dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı isə Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.
Səhnə əsərində rolları Elnur Zeynalov, Rəvana Əmiraslanlı, Taleh Yahyayev, Rafiq Abbasov, Elşad Məmmədov, Mülahim Həsrətova, Səbinə Vahabzadə, Fəridə Məmmədova və Mütəllim Dəmirov ifa edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]