Asiya İnkişaf Bankı pandemiya ilə mübarizə üçün Gürcüstana 100 milyon dollar kredit ayırıb
Tbilisi, 12 iyun, AZƏRTAC
Asiya İnkişaf Bankı (AİB) koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar Gürcüstana kömək məqsədilə 100 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə bank məlumat yayıb. Bildirilir ki, koronavirus pandemiyası Gürcüstanın səhiyyə sistemini, iqtisadiyyatını, ticarət-turizm habını böyük risk altında qoyub. Bank bu sahələrdə Gürcüstan hökumətinə yardım göstərməyə hazırdır.
Qeyd olunub ki, kredit ilk növbədə, pandemiya ilə əlaqədar iş yerlərini itirmək təhlükəsi ilə üzləşən 350 min insanın sosial vəziyyətinin yaxşılaşmasına yönəldiləcək. Bundan başqa, kreditdən özünüməşğulluq prosesində iştirak edən 250 min, eləcə də kommunal xərclərin subsidiyalaşdırılmasına ehtiyacı olan 1,2 milyon nəfər bəhrələnə biləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]