Aşqarlar Kimyası İnstitutu alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub
Bakı, 15 iyun, AZƏRTAC
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu alimlərinin - elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, kimya elmləri doktoru Sabirə Sərdarova, kimya üzrə fəlsəfə doktoru Səbiyə Osmanova və II kurs magistrant Nərgiz Məcdinin məqaləsi beynəlxalq bazada referatlaşdırılmış “Archiv der Pharmazie” jurnalında dərc edilib.
Aşqarlar Kimyası İnstitutundan AZƏRTAC-a bildirilib ki, məqalə alimlərin türkiyəli həmkarları ilə birgə beynəlxalq müştərək tədqiqatlar çərçivəsində əldə etdikləri mühüm nəticələrə həsr olunub.
Məqalədə tərkibində azot, kükürd saxlayan yeni birləşmələrin sintezi, “molekulyar dokinq” yolu ilə diabet əleyhinə fizioloji fəallığının öyrənilməsində yeni yanaşmalardan bəhs edilir.