Astarada “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Astara, 9 may (AZƏRTAC). Astara Rayon Təhsil Şöbəsində ümummilli liderin anadan olmasının 88-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderin abidəsinin ününə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda çıxış edən rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova dünya şöhrətli siyasətçi, Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarçısında misilsiz xidmətlərindən, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmış, ulu öndərin bu sahədəki fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Elmi-praktiki konfransda Pensər kənd 2 nömrəli məktəb-liseyin direktoru Asif Əsədullayev “Heydər Əliyev və Azərbaycan təhsili”, rayon təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov “Heydər Əliyev və Azərbaycan gəncliyi”, şəhər 7 nömrəli orta məktəbin direktoru Məbud Səfərov “Tarixin yaddaşında Heydər Əliyev fenomeni”, Şüvi kənd orta məktəbinin direktoru Əbülfət Qüdrətov “ Heydər Əliyev və azərbaycançılıq”, Siyəkü kənd orta məktəbinin direktoru Hikmət Muradov “Heydər Əliyev və Azərbaycan” mövzularında məruzələr etmişlər.