ASTARADA MEŞƏLƏRİN MÜHAFİZƏSİNƏ DİQQƏT ARTMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara rayonunda meşələrin mühafizəsinə, onların bərpasına və yeni meşə sahələrinin salınmasına xüsusi diqqət yetirilir.
Ötən il rayonun meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi 340 hektar sahədə meşə-bərpa işləri aparmış, 69 hektar sahədə isə yeni meşələr salmışdır.
Müəssisədə yaradılmış tinglik təsərrüfatında 500 min ədəd yerli palıd, fısdıq, şərq çinarı, qoz, xurma, ağcaqayın və digər ağacların tingləri yetişdirilmişdir.
Müəssisənin bazasında fəaliyyət göstərən yardımçı təsərrüfatda ötən il 3,5 ton feyxoa və 1 ton kivi tədarük edilərək istehlakçılara satılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]