Astarada yeniyetmələr arasında minifutbol üzrə rayon birinciliyində şəhərli məktəblilər fərqləniblər
Astara, 2 mart, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində keçirilən yeniyetmə məktəblilər arasında minifutbol üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyəti, gənclər və idman idarəsi, təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən ikigünlük yarışda şəhərin 1 və 5 nömrəli tam orta məktəblərinin komandaları müvafiq olaraq birinci və ikinci yerləri tutublar.
Qaliblər diplom və hədiyyələrlə təltif ediliblər.