Astaranın çay plantasiyalarında bol məhsul var
Astara, 15 may, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür Astara rayonunun çay plantasiyalarında birinci çay yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, builki yaz mövsümündə havaların yağmurlu keçməsi çay yığımını bir qədər ləngitsə də, məhsuldarlığa müsbət təsir göstərib. Plantasiyalarda bol məhsul var.
Yığım kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün çayçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları bütün qüvvələri səfərbərliyə alıblar.
Birinci çay yığımı daha diqqət tələb edir, bu dövrdə ən yüksək keyfiyyətli yaşıl çay yarpağı yığılır. Qısa müddətdə plantasiyalardan 25 ton 350 kiloqram yaşıl çay yarpağı toplanılıb.
Qeyd edək ki, ötən il Astara rayonunda 137 hektar məhsuldar çay sahəsindən 583,3 ton yaşıl çay yarpağı yığılıb. Bu il bu rəqəmin 600 tona çatdırılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]