ELM VƏ TƏHSİL
ATU ilə “Mingəçevir Tekstil” arasında memorandum imzalanıb
Gəncə, 27 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Mingəçevir Tekstil” MMC arasında Anlaşma Memorandumu imzalanıb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, birgə konfrans, seminar və təlimlərin təşkili və s. məsələlər öz əksini tapıb.
Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərovla “Mingəçevir Tekstil” MMC-nin direktoru Əli Əsədov imzalayıb.
İmzalanma mərasimindən sonra ATU-nun nümayəndələri “Mingəçevir Tekstil” ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.