AVQUSTDA VAKANT DÖVLƏT QULLUĞU VƏZİFƏLƏRİNİN TUTULMASI İLƏ BAĞLI NÖVBƏTİ MÜSABİQƏ KEÇİRİLƏCƏKDİR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov AZƏRTAC-a bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi bütün dövlət orqanları qurum ilə yaxından əməkdaşlıq edir və mütəmadi olaraq vakant vəzifələr barədə məlumat verirlər.
Hazırda bu proses davam edir və avqust ayında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı növbəti müsabiqə elan ediləcəkdir.