Avqustun 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 19-24°, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcəkdir.
Nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti olazaqdır.
Naxçıvan Muxtar Respublikasında
Hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz olacaqdır. Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz olacaq, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Hava əsasən yağmursuz olacaqdır. Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz keçəcək, temperaturun gecə 20-24°, gündüz 30-35° isti, dağlarda gecə 14-19°, gündüz 22-27° isti olacağı gözlənilir.