Avronest Parlament Assambleyasının sessiyasına ölkəmiz də qatılacaq
Tbilisi, 8 dekabr, AZƏRTAC
Tbilisidə Avronest Parlament Assambleyasının (PA) VIII illik sessiyası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri” adlı sessiya dekabrın 9-da öz işinə başlayacaq.
Sessiyada və sessiya çərçivəsində keçiriləcək qurumun müvafiq komitələrində “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma - mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.
Avronest PA-nın bu sessiyasında Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Mirkişili və Rasim Musabəyov iştirak edəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:26]
Bir sıra qanunlarda dəyişiklik edilir
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:06]
Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]