İDMAN
Avropa birinciliyi: Bu gün altı cüdoçumuz mübarizəyə qoşulub
Bakı, 24 iyun, AZƏRTAC
Xorvatiyada cüdo üzrə Avropa birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün dörd çəki dərəcəsində altı cüdoçumuz mübarizəyə qoşulub. Qızlar arasında Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq), oğlanların yarışında Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Əli Hacızadə və Süleyman Əliyev (73 kq), medallar uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, Avropa çempionatının birinci günündə cüdoçularımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.
Qızıl medalları komandamızın aktivinə Şahin Orucov (55 kq) və Nizami İmranov (60 kq) yazdırıblar. Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) bürünc medal əldə ediblər.
Birinci günün yekun nəticələrinə görə, dörd medal əldə edən komandamız ümumi hesabda birinci yeri tutub.
İyunun 25-dək davam edəcək yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edir.