Avropa birinciliyinin ikinci günündə iki boksçumuz rinqə çıxacaq
Bakı, 15 aprel, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə - aprelin 15-də iki boksçumuz mübarizə aparacaq. Belə ki, on altıdabir finalda Zaur Qəhrəmanov (63,5 kq) Antoni Makdonnel (İrlandiya), Aslan Quliyev (60 kq) Aleksandr Yarovyı (Ukrayna) ilə qarşılaşacaqlar.
Qeyd edək ki, turnirin birinci günündə komandamızın heyətində ilk olaraq mübarizəyə qoşulan Daniel Xolostenko (71 kq) moldovalı Andrey Osiyevsçi (Moldova) vaxtından əvvəl və tam üstünlüklə məğlub edib. Millimizin digər üzvü Səid Abdullayev (67 kq) isə Samuel Quqliotta (İtaliya) ilə gərgin keçən döyüşdə 3:2 hesablı qələbə qazanaraq səkkizdəbir finala vəsiqə qazanıb.
Avropa birinciliyində 39 ölkədən 400-dən artıq boksçu qüvvəsini sınayır. Azərbaycan millisi oğlanların yarışına tam heyətlə qatılıb. Yarışın qaliblərinin adlarına aprelin 21-də aydınlıq gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:52]
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]