Avropa çempionatı: Azərbaycanın 3 sərbəst güləşçisi yarımfinala yüksəlib
Bakı, 25 may, AZƏRTAC
Azərbaycanın 3 sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, Nurəddin Novruzov (61 kiloqram), Cəbrayıl Hacıyev (74 kiloqram) və Arseni Djioyev (86 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Anar Cəfərli (92 kiloqram) 1/4 final, Yusif Dursunov (125 kiloqram) isə ilk görüşündə öz rəqiblərinə uduzublar.
Bu gün, həmçinin Azərbaycanın üç sərbəst güləşçisi medal qarşılaşmalarına çıxacaq. Kənan Heybətov (70 kiloqram) və Əli Tsokayev (79 kiloqram) finalda, Rəvan Musayev (97 kiloqram) 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionu olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə ilk dəfə komanda hesabında üçüncü yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]