Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
Bakı, 23 aprel, AZƏRTAC
UEFA AVRO-2024-ün oyunlarını idarə edəcək baş hakimlərin adlarını açıqlayıb.
AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 18 nəfərlik siyahıda Türkiyənin FIFA referisi Halil Umut Melerin də adı var.
Avropa çempionatının hakimləri: Artur Soareş Diaş (Portuqaliya), Xesus Gil Mansano (İspaniya), Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzlyak (Slovakiya), Fransua Leteksye, Kleman Türpen (hər ikisi Fransa), Denni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Nüberq (İsveç), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Sandro Şarer (İsveçrə), Daniel Zibert, Feliks Tsvayer, (hər ikisi Almaniya), Slavko Vinçiç (Sloveniya).
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-nə kimi Almaniyanın 10 şəhərində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]