Avropa İttifaqı Ukraynaya yeni dəstək planını açıqlayıb
Bakı, 5 may, AZƏRTAC
ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə razılığa gələ bilməsə, Avropa İttifaqı Ukraynaya yardımı ikiqat artıracaq.
AZƏRTAC xəbər verir ki, bunu müdafiə və kosmos məsələləri üzrə Avropa komissarı Andrius Kubilius deyib.
“ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə razılığa gələ bilməsə, biz Ukraynaya hərbi dəstəyimizi ikiqat artıraraq sülh üçün daha inandırıcı arqumentlər irəli sürə bilərik”, - deyə Avropa komissarı bildirib. Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələr Ukraynanın özündə istehsal olunan silahların alınmasına 40 milyard avro xərcləyə bilər.
Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Qərbin hərbi yardımı Kiyev üçün yaxşı heç nə vəd etmir və yalnız münaqişənin uzanmasına səbəb olur. Moskva, həmçinin Ukraynaya daşınan silahların Rusiya ordusu üçün qanuni hədəfə çevriləcəyi ilə bağlı təhdidlər səsləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]