DÜNYA
Avropa Kosmik Agentliyi kosmosa müstəqil çıxışı təmin etmək istəyir
![Avropa Kosmik Agentliyi kosmosa müstəqil çıxışı təmin etmək istəyir](/files/2023/3/1200x630/16988268372412912082_1200x630.jpg)
Bakı, 1 noyabr, AZƏRTAC
Avropa Kosmik Agentliyi (ECA) Avropanın kosmosa müstəqil çıxışını bərpa etmək səylərində "tunelin sonunda işıq olduğunu" bəyan edib.
AZƏRTAC ECA-nın rəsmi saytına istinadla xəbər verir ki, Avropanın yeni ağır çəkili daşıyıcı aparatı “Arian-6” texniki nasazlıqlar üzündən ləngiyib və qitə 2024-cü ilə qədər bəzi buraxılışlar üçün İlon Maskın “SpaceX” raketindən istifadə edib.
ESA-nın baş direktoru Yosef Aşbaxer noyabrın 23-də keçiriləcək sınaq buraxılışından sonra 2024-cü ildə “Aran-6” kosmik aparatının dəqiq buraxılış vaxtının müəyyən ediləcəyini söyləyib.
Avropa ölkələrinin kosmik agentlikləri rəhbərlərinin noyabrın 6-7-də İspaniyanın Sevilya şəhərində keçiriləcək görüşü ərəfəsində yeni buraxılış aparatının maliyyələşdirilməsinin növbəti mərhələsi üzrə müzakirələr aparılacaq. ESA-nın 22 ölkəsi ilk sınaq uçuşu və 14 əməliyyat missiyası üçün vəsait ayırıb. İndi onlar 16-dan 42-yə qədər olan uçuşları əhatə edən "sabitləşdirilmiş" əməliyyatların növbəti mərhələsinə dair danışıqlar aparırlar. Avropada üç ən böyük raket ölkəsi - Fransa, Almaniya və İtaliyanın liderliyinə baxmayaraq, hər hansı bir maliyyə məsələsində daha kiçik dövlətlərin razılığı tələb olunur.
Avropanın kosmosa gedən üçüncü ənənəvi yolu olan Rusiyanın “Soyuz” proqramı keçən il Ukraynaya müharibəsinin başlamasından sonra Şərq-Qərb münasibətlərinin pozulması fonunda dayandırılıb. Kosmos getdikcə daha çox iqtisadi və strateji rəqabət meydanına çevrildiyindən, bu inkişaflar Avropanı buraxılış qabiliyyətindəki boşluğu aradan qaldırmaq üçün ciddi addımlar atmağa vadar edib. “ArianeGroup” - Ariane 6-nın yaradılmasına cavabdeh olan “Airbus/Safran” birgə müəssisəsi, “Arianespace”, Fransa Kosmik Agentliyi və ESA-nın rəhbərlərindən ibarət işçi qrup gərgin fəaliyyətə başlayıb. Bununla belə, Avropanın kosmik proqramının həyata keçirilməsində əsas maneə maliyyə vəsaitləri üzrə konsensusun əldə olunmasıdır.
NATO-nun keçmiş rəhbəri Anders Foq Rasmussen də daxil olmaqla, bir qrup ekspert bu il ESA-nı insan və robotik kosmos tədqiqində öz muxtariyyətini artırmağa çağırıb. Avropa hazırda astronavtları daşımaqda NASA-ya arxalanır.