Avropa Liqası: “Qarabağ”ın İngiltərəyə səfər planı məlum olub
Bakı, 23 sentyabr, AZƏRTAC
“Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda “Tottenhem”lə oyun üçün İngiltərəyə səfər planı bəlli olub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Ağdam təmsilçisi Londona sentyabrın 24-də çarter reysi ilə yollanacaq. Komandanı aparan təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxacaq.
“Qarabağ”ın monteneqrolu müdafiəçisi Marko Veşoviç zədə səbəbindən matçda iştirak edə bilməyəcək.
Azərbaycan çempionu oyundan dərhal sonra Bakıya qayıdacaq.
Qeyd edək ki, sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]