Avropa ölkələri BMT-nin Livandakı missiyasına hücumları pisləyib
Roma, 16 oktyabr, AZƏRTAC
İtaliya, Fransa, Almaniya və Böyük Britaniyanın Xarici İşlər nazirlikləri İsrailin BMT-nin Livandakı sülhməramlı missiyasına (UNIFIL) hücumlarını pisləyib.
AZƏRTAC xəbər verir ki, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin məlumatına görə, dörd ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında hücumlardan narahatlıq ifadə olunub. Bildirilir ki, İsrail ordusunun UNIFIL-in bazalarına həyata keçirdiyi və çoxlu sayda sülhməramlının yaralanmasına səbəb olan bu hücumlar dərhal dayandırılmalıdır.
“Biz UNIFIL-in təhlükəsizliyinə hər hansı təhdidi pisləyirik. Livandakı missiyaya qarşı istənilən hücum beynəlxalq humanitar hüququ və Təhlükəsizlik Şurasının müvafiq qətnaməsini pozur”, - deyə bəyanatda qeyd olunur.
İtaliyanın Baş naziri Ciorcia Meloni son baş verənlər fonunda Livana səfər edəcəyini açıqlayıb. Baş nazir BMT-nin Livandakı sülhməramlı missiyasında iştirak edən İtaliya hərbi kontingentinin təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.
Ciorcia Meloni, həmçinin İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin yaxın günlərdə İsrail və Fələstinə səfər edəcəyini də bildirib.
Qeyd edək ki, İtaliyanın UNIFIL-də mindən çox hərbçisi var.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]