Avropa Parlamentinin sədri: Ukraynanın Aİ-yə daxil olması təhlükəsizliyin təminatıdır
Kiyev, 17 sentyabr, AZƏRTAC
Ukraynanın Avropa İttifaqına daxil olması özü-özlüyündə təhlükəsizliyin təminatıdır və Avropa Parlamenti bu yolda ölkəni tam dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola Ali Radada çıxışı zamanı bildirib.
“Avropa İttifaqına daxil olmaq özü-özlüyündə təhlükəsizliyin təminatıdır və biz birlikdə bu yolla irəliləyirik. Avropa sizin artıq nail olduğunuz tərəqqiyə uyğun olmalıdır”, - deyə o söyləyib.
“Mən əminəm ki, biz irəliyə doğru getmək üçün imkan tapacağıq və sizi əmin etmək istəyirəm ki, Avropa Parlamenti sizi tam dəstəkləyir”, - deyə Metsola bildirib.
O, Avropaya inteqrasiyanın mücərrəd anlayış deyil, konkret nəticələr olduğunu vurğulayaraq qeyd edib ki, iyul ayında elan edilmiş rominq sazişi artıq vətəndaşlara və biznesə fayda gətirir.
Metsola, həmçinin xatırladıb ki, Ukrayna artıq “Ukraine Facility” fondundan 22,7 milyard avro alıb və institutları gücləndirəcək və onları daha davamlı edəcək islahatlar üçün əlavə maliyyə dəstəyi gözlənilir.
O, həmçinin Ali Radanın, xüsusən də Ukraynanın planının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin qəbulunda davamlı irəliləyişini olduqca vacib adlandırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]