AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Əli Hüseynov, Gültəkin Hacıyeva, Rafael Hüseynov, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Elmira Axundova, Aydın Abbasov, Əkrəm Abdullayev, Aynur Quliyeva və beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının eksperti, nümayəndə heyətinin katibi Ruslan İsmayılov daxildirlər.
Sessiyada Assambleya Bürosunun və Daimi Komitəsinin fəaliyyəti, Çeçenistanda insan hüquqlarının pozulması halları, kommunizm cinayətlərinin beynəlxalq səviyyədə pislənməsi zərurəti, Avropa Şurasına üzv ölkələrdə ehtimal olunan gizli təcridxanalar, Qazaxıstanda prezident seçkilərinin nəticələri və digər məsələlər müzakirə ediləcəkdir.
Tədbirdə nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.