Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa Şurasında ali təhsilin gələcək inkişafına dair modelləri Azərbaycan tərəfi təqdim edir

Paris, 6 dekabr (AZƏRTAC). Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) mədəniyyət, elm və təhsil komitəsinin qış sessiyası ərəfəsindəki son iclası keçirilmişdir.

İclasda “Hər bir nəfərin mədəni həyatda iştirak etmək hüququ”, “İnternetdə ifadə və informasiya azadlığı”, “İdmanda düzgün idarəetmə və etika”, “Avropa Şurası muzeylər prizi” və s. mövzularda məruzələr dinlənilərək müzakirələr aparılmışdır.

İclasın gündəliyindəki mühüm məruzələrdən birinin müəllifi AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov olmuşdur. Onun hazırladığı “Avropada ali təhsil məkanının coğrafi birliyi və beynəlxalq açıqlığı” adlı məruzənin müzakirəsindəki fəallıq komitə üzvlərinin bu mövzuya nə qədər əhəmiyyət verməsi və diqqət göstərməsinin əyani sübutu olmuşdur. Azərbaycanlı deputat məruzənin mətni və qətnamə layihəsi üzərində işini başa çatdırmış və avropalı deputatların komitə toplantısındakı müzakirələrdə qeyd etdikləri kimi nəticə etibarilə kifayət qədər sanballı bir araşdırma alınmışdır. Məruzənin komitə iclasındakı təqdimatı zamanı R.Hüseynov mövzunun əsas hədəfləri ilə bağlı bildirmişdir: “Bu gün adına tək Vətənində deyil bütün dünyada 2000-dən artıq küçə olan böyük fransız alimi Lui Pasterin məşhur “Elmin vətəni yoxdur, amma alimin vətəni var” fikri çoxdan aforizmə çevrilmişdir. Bu düşüncəni təhsilə tətbiq etsək deyə bilərik ki, təhsil alan hər kəsin öz dili, öz milliyyəti, öz vətəni varsa da, fəlsəfi mənada əlbəttə ki, təhsilin də vətəni yoxdur. Müasir dünyada gedən inteqrasiya prosesləri, qloballaşma tədricən yer kürəsini sanki kiçildir, bir çox həyati cəhətdən vacib olan məsələlərə, o cümlədən təhsilə vahid müstəvidə nəzər yetirməyi tələb edir. Avropa ölkələrinin bir-birinə daha artıq yaxınlaşmasını, vahid Avropa evinin yaranmasını təmin etməyin ən optimal yollarından biri təhsildən keçir. Ali təhsil sahəsində Avropa əməkdaşlığı əslində XX əsrin 50-ci illərində Avropa Şurasının Parisdə qəbul etdiyi üç sənəddən başlanır. 1953-cü il dekabrın 11-də qəbul edilmiş Universitet diplomların ekvivalentliyi haqqında Avropa Konvensiyası, 1956-cı il dekabrın 15-də qəbul edilmiş Universitet təhsili mərhələlərinin ekvivalentliyi haqqında Avropa Konvensiyası, 1959-cu il dekabrın 14-də qəbul edilmiş Universitet ixtisaslarının akademik tanınması haqqında Avropa Konvensiyası əslində bu gün getdikcə qüvvətlənən bir cərəyana, qayıdışsız prosesə çevrilmiş müştərək ali təhsil məkanı ideyasının təməl kərpicləri sayılmalıdır. Əvvəlcə Bolonya prosesi kimi tanınmış, hazırda “Avropa ali təhsil məkanı” adlandırılan proses belə bir zərurətin dərkindən yaranmışdır ki, qitənin ayrı-ayrı ölkələrində ali təhsil sistemlərində fərqlər, müxtəlifliklər olsa da, onların qarşılaşdığı problemlər əsasən oxşardır. Bənzər problemlərin həllinə müştərək səylərlə həll yolları tapmaq istəyi öz növbəsində fərqli təhsil sistemləri arasında ortaq məqamlar müəyyənləşdirərək onları bir-birinə yaxınlaşdırmaq ehtiyacını yaratdı. Bolonya prosesinə qoşulmuş ölkələrin sayı müşahidəçi statusu ilə prosesdə iştirak edən 23 ölkəni də əlavə etsək 70-ə çatmışdır. Təkcə bu faktın özü Avropa ali təhsil məkanının ortaq prinsiplər üzrə inkişafının getdikcə daha geniş miqyaslar əhatə etməsini göstərməklə yanaşı, prosesin vaxtın sınağından uğurla çıxmasını da təsdiqləməkdədir. Avropa ali təhsil məkanı ideyasını cəlbedici edən və yaşadan ilk növbədə onun qarşılıqlı təsir və qarşılıqlı zənginləşmə üçün münbit zəmin yaratmasıdır. Bizim bu vacib problemlə bağlı məruzə hazırlamağımız təsadüfi deyildir. Avropa Şurası həmin prosesdə UNESCO-nun Ali Təhsil üçün Avropa Mərkəzi, Avropa Universitet Assosiasiyası, Ali Təhsil üzrə Təsisatların Avropa Assosiasiyası, Avropa Tələbələr İttifaqı, Ali Təhsil Sahəsində Keyfiyyətə Zəmanət üçün Avropa Assosiasiyası kimi qurumlarla yanaşı məşvərətçi üzv olaraq iştirak edir”.

Məruzəçi Avropada ali təhsil sahəsində mövcud olan problemlərinə də toxunaraq onların həlli üçün bir sıra təklifləri irəli sürmüşdür: “Avropa ali təhsil məkanında müşahidə edilən bütün müsbət təmayüllərlə yanaşı prosesin gedişi bir sıra problemləri də üzə çıxarmış və çıxarmaqdadır. Əlbəttə ki, bunlar təbiidir və çoxlu ölkələri minlərlə tələbəni, təhsil sisteminin saysız-hesabsız incəliklərini əhatə edən bir gedişatda bunlar olmalıdır. Lakin işin gələcək səmərəliliyi üçün mühüm şərt ortaya çıxan nöqsanların, çətinliklərin, maneələrin vaxtında müəyyənləşdirilməsi, onların aradan götürülməsi üçün təkliflərin hazırlanmasıdır. Avropa ali təhsil məkanı ideyasının daha mütəşəkkil, daha sürətli prosesə çevrilməsi üçün bizim nöqteyi-nəzərimizdən əhəmiyyətli sayılan aspektlər müəyyənləşdirilərək müvafiq təhlillər aparılmışdır. Bizim qənaətimizcə, arzu olunan inkişafa nail olmaq üçün əsas amillərdən biri ölkələrarası əməkdaşlığın artırılması, bu sahəyə siyasi dəstəyin, o cümlədən milli parlamentlərin dəstəyinin geniş ölçüdə həyata keçirilməsi, həmin proseslərə təhsil müəssisələrinin, təhsil işçilərinin, tələbələrin fəal surətdə cəlb edilməsidir. Prosesə qoşulmuş və bu niyyətdə olan ölkələrdə ali təhsil müəssisələri arasında ölkə daxilində və xaricdə genişmiqyaslı yarışların keçirilməsi üçün proqramların hazırlanması və reallaşdırılması da çox önəmlidir. Lissabon Tanıma Konvensiyasında kifayət qədər hüquqi əsaslar mövcuddur ki, qeyri-Avropa ölkələri də prosesə qoşulmaq, bu proseslərdə səmərəli şəkildə iştirak etmək imkanı qazansınlar. Böyük ölçüdə Avropa ali təhsil məkanı ideyasının hədəfi elə mütərəqqi dünya üçün ortaq olan bir təlim, tədris, bilik fəzasını formalaşdırmaqdır. Ali təhsil məkanının coğrafi genişlənməsi anlayışı mahiyyəti etibarilə həm də bu coğrafiya içərisindəki ölkələri bir-birinə yaxınlaşdırmaq, ortaq prinsiplərə yönəltməklə coğrafiyanı müəyyən mənada kiçiltmiş, yığcamlaşdırmış olur. Avropadan kənar ölkələrlə də tələbə mübadiləsinə hüquqi baza verən yeganə beynəlxalq sənəd olan Lissabon Tanıma Konvensiyasını artıq Avstraliya, ABŞ, Kanada, İsrail, Qazaxıstan, Yeni Zelandiya və digər ölkələrin imzalaması bu çərçivənin gələcəkdə daha da genişlənəcəyinə inam oyatmaqdadır”.

Qeyd edək ki, 2012-ci ilin mayında Bakıda Avropa təhsil nazirlərinin zirvə toplantısı keçiriləcəkdir. Azərbaycan isə yeni ildən Avropa ali təhsil məkanı prosesinin həmsədri olacaqdır.

R.Hüseynovun hazırladığı məruzənin tam mətni və qətnaməsinin məhz həmin toplantıda yekun səsverməyə qoyularaq qəbul edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanlı deputatın “Avropada ali təhsil məkanının coğrafi birliyi və beynəlxalq açıqlığı” adlı məruzəsi AŞPA-nın 2012-ci il payız sessiyasında plenar iclasda Assambleyanın müzakirəsinə çıxarılacaqdır.

Əsgər Əliyev

AZƏRTACın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub

“Sülh göyərçinləri” adlı konsert proqramı təqdim edilib

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Aparat rəhbəri: Kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var

AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb

Dünya uşaqların idi…

Dünyaşöhrətli alim Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində gənclərlə görüşüb

Akademik Yaqub Mahmudov uşaqlarla görüşüb

Ukraynada DneproSES bəndi üzərindən nəqliyyatın hərəkəti dayandırılıb

Zəngilan, Cəbrayıl və Füzulidə 350-yə yaxın uşaq tibbi müayinədən keçib

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

Mövlananın irsi: Afyonkarahisarda Dərvişlər Muzeyi