Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Şurasının Azərbaycandakı prezident seçkilərini müsbət qiymətləndirən yekun rəyi qəbul edilmişdir

Avropa Şurasının Azərbaycandakı prezident seçkilərini müsbət qiymətləndirən yekun rəyi qəbul edilmişdir

Vyana, 23 noyabr (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin noyabrın 22-də Vyana şəhərində keçirilmiş iclasında bir sıra ümumavropa əhəmiyyətli məsələlərin müzakirəsi ilə yanaşı, oktyabr ayında quruma üzv 2 dövlətdə keçirilmiş prezident seçkiləri ilə bağlı da ətraflı fikir mübadiləsi aparılmışdır.

Azərbaycanda oktyabrın 9-da, Gürcüstanda oktyabrın 27-də keçirilmiş seçkilərlə əlaqədar Avropa Şurasının seçki missiyalarının mövqeyini əks etdirən hesabatlar ətraflı müzakirələrdən sonra təsdiq edilmişdir.

Azərbaycandakı prezident seçkiləri ilə bağlı Böyük Britaniyadan olan deputat Robert Volterin hazırladığı məruzənin yekun mətninin ayrı-ayrı müddəaları bir çox deputatlar tərəfindən geniş təhlil edilmişdir. Çıxış edən deputatların böyük əksəriyyəti Azərbaycandakı seçkilərin Avropa Şurasının tələblərinə və beynəlxalq meyarlara cavab verdiyini, məruzədə həm seçki öncəsi mühitin, həm də seçki əsnasındakı təfərrüatların dəqiq əks etdirildiyini vurğulamışlar. Lakin Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilən A.Herkel, A.Qross kimi bəzi deputatların məntiqsiz iradları da səslənmiş və onlara dərhal tutarlı cavablar da verilmişdir.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt seçkiləri müşahidə missiyasının üzvü kimi Bakıda olduğunu, gedişatı bilavasitə izlədiyini və nəticələri yüksək qiymətləndirdiyini söyləmişdir. O, Robert Volterin həm seçkidən sonrakı bəyanatını, həm də hazırladığı hesabatı tam dəstəklədiyini qeyd etmişdir.

AŞPA-nın Azərbaycan üzrə digər həmməruzəçisi Jozef Debono Qrex Azərbaycanın demokratik irəliləyişdəki müvəffəqiyyətlərinə diqqət yönəldərək demişdir: “Biz Avropa Şurası olaraq indiyə kimi Azərbaycanda gördüyümüz işlərlə qürur duymalıyıq. Çünki Azərbaycanın Avropa Şurasına 10 ildən çox üzvlüyü ərzində təşkilatın, keçmiş və hazırkı həmməruzəçilərin yardımı ilə apardığımız dialoq vasitəsilə ölkəni Avropa Şurasının dəyərlərinə yaxınlaşdıra bildik. Mən burada 15 ildir işləyirəm və gördüyüm odur ki, son on ildə nə baş verirsə-versin, bu təşkilatda ancaq Azərbaycanın adı çəkilir. İtaliyada sel, daşqınlar olur, deyirlər Azərbaycan, başqa hansısa hadisə olan kimi, deyirlər Azərbaycan. Bu, doğrudan da məni artıq bezdirib. Bir az ədalətli yanaşın, dostlar! Unutmayın ki, bu ölkə 70 il ərzində kommunist rejimi altında yaşayıb və bu 10 ildə onlar böyük bir yolu qət ediblər. Biz bu nailiyyətlərlə qürur duymalıyıq. Mən Azərbaycanda çox olmuşam, üç seçki görmüşəm və deyə bilərəm ki, sonuncu seçkilər əvvəlkilərindən qat-qat yaxşı keçirilmişdir”.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə demişdir ki, bəzi deputatlar öz çıxışlarında seçkilər ərzində baş verən və öz təsdiqini tapmamış bir-iki faktı, bəzi xırda nöqsan və çatışmazlıqları ölkəmizdəki seçkiləri xarakterizə edən ümumi tendensiya kimi göstərirlər. Bu, heç də belə deyil, əziz həmkarlarım. Bu seçkilər mənim ölkəmin tarixində ən açıq və şəffaf seçkilər idi və bunu təsdiqləyən faktlar da daha çoxdur. Bütün seçki məntəqələri beynəlxalq müşahidəçilər üçün açıq idi. Müşahidəçilərin seçkilərin sonunda səslərin sayılmasında iştirakları təmin olunmuşdu. Avropa Şurasının bir çox üzv ölkələrində belə şey heç baş vermir. Azərbaycan hər zaman dialoqa və əməkdaşlığa hazırdır və əlimizdən gələni edirik ki, ölkəmizdə vəziyyət daha da yaxşılaşmaya doğru getsin. Hesab edirəm ki, əhalisinin 95 faizi müsəlman olan Azərbaycan belə məsələlərdə digər ölkələrə də örnək olmalıdır. Biz Avropa Şurasının tamhüquqlu üzvü olduq, bir çox Avropa təşkilatları ilə əməkdaşlıq edirik və ölkəmiz də demokratik təsisatlarını inkişaf etdirməkdədir. Azərbaycan regionda yeganə ölkədir ki, öz büdcəsini on ildə 20 dəfə artırıb, yoxsulluğu 50 faizdən 5 faizə endirib. Biz bu seçkilərlə əlaqədar lazım olan hər şeyi etdik. Bu seçkilər Azərbaycan xalqının iradəsinin göstəricisidir və bu da onu təsdiq edir ki, İlham Əliyev Azərbaycan xalqının etimad göstərdiyi Prezidentdir”.

Azərbaycan nümayəndə heyətinin digər üzvü Rafael Hüseynov çıxışında Böyük Britaniyadan olan deputat Robert Volterin seçkilərin gedişi və nəticələri ilə bağlı hazırladığı hesabatı yetərincə balanslaşdırılmış, obyektiv və ədalətli adlandıraraq məruzəni tamamilə dəstəklədiyini bildirmişdir. O, Azərbaycandakı prezident seçkilərinin Daimi Komitədəki müzakirəsi zamanı əsas diqqət yönəldilən mühüm məqamların üzərində dayanaraq demişdir: “Prezident seçkiləri hər bir ölkənin həyatında əlamətdar olan siyasi hadisədir. Amma Azərbaycan kimi yeni müstəqil dövlətlər, gənc demokratiyalar üçün hər belə seçki həm də ciddi imtahandır. Tam inamla demək olar ki, Azərbaycan bu növbəti sınaqdan uğurla çıxmışdır və bunu seçkiləri müşahidə etmiş bir çox beynəlxalq təşkilatların müsbət rəyləri də sübut etməkdədir.

Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in Parlament Assambleyasının seçkiləri azad, şəffaf, ədalətli sayması müstəqillik yolu ilə irəliləyən bir dövlətin demokratik inkişafdakı əhəmiyyətli nailiyyəti hesab edilməlidir. Əsl həqiqətlər müqayisədə ortaya çıxır. Mən Azərbaycanın müstəqilliyinin 22 ili ərzində keçirilmiş 6 prezident seçkisinin hər birini bilavasitə müşahidə etmək imkanına malik olmuşam. Çünki həmin seçkilərin hər birini rəsmi olaraq ya prezidentliyə namizədlərdən hansınınsa səlahiyyətli nümayəndəsi, ya müşahidəçi, ya da qeydiyyata alınmış jurnalist kimi izləmişəm. Eyni zamanda, Avropa Şurasında fəaliyyət göstərdiyim son 13 ildə mənə bir sıra Avropa ölkələrində Parlament Assamleyasının seçki missiyasının üzvü kimi prezident və parlament seçkilərini müşahidə etmək nəsib olmuşdur. Ona görə də həm Azərbaycandakı son prezident seçkilərini ölkədə daha əvvəllər gerçəkləşmiş prezident seçkiləri ilə müqayisə etmək, həm də Avropanın digər ölkələrində izlədiyim seçkilərlə tutuşdurmaq imkanına malikəm. Müqayisə isə onu deyir ki, Azərbaycanda 2013-cü il oktyabrın 9-da keçirilmiş seçkilər keyfiyyətcə əvvəlki prezident seçkilərindən daha üstün olmuş, ən yaxşı Avropa meyarlarına daha da uyğunlaşmışdır. Bu da səbəbsiz deyildir. Azərbaycan demokratik dəyərlərə sadiq bir dövlətdir, həm də bunu öz işi ilə ardıcıl şəkildə nümayiş etdirməkdədir. Xüsusən Avropa Şurasına üzv olduğu son 13 il ərzində Azərbaycanda seçki mədəniyyətinin təkmilləşməsi səmtində nəzərəçarpacaq tərəqqi əldə edilmişdir. Oktyabrın 9-da Azərbaycandakı seçki fəallığının nə qədər yüksək olmasını hər kəs, o cümlədən xarici ölkələrdən gəlmiş minlərlə müşahidəçi əyani olaraq seyr edə bildi. Ölkə boyu yüzlərlə seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə prosesi birbaşa izləmək imkanı seçkilərin şəffaflığını, açıqlığını, ədalətliliyini təmin edən başlıca amillərdən idi.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən ötən 22 ildə həm də demokratiya yolunda kimlərin bizə əsl dost münasibət bəslədiyini, tənqid edəndə də səmimi olduğunu, həqiqətən bizə yardım etmək istədiyini və kimlərin də demokratiya pərdəsi altında riyakarlıqla məşğul olduğunu, belə ali dəyərləri möhtəkirlik vasitəsinə çevirdiyini fərqləndirməyi yaxşıca öyrətmişdir. Eyni mənzərəni biz bu gün burada, bu müzakirələrdə də açıqca duyuruq. Eyni zamanda, bunu da ayrıca vurğulamağı zəruri sayıram ki, elə həmin yanaşma tərzini biz ATƏT-dən də gördük. ATƏT-in fəaliyyətdə olan sədri bəyanat verərək bütün dünyaya aşkar şəkildə çatdırdı ki, Azərbaycandakı sonuncu prezident seçkiləri dünya standartlarına yetişmək, ATƏT və Avropa Şurasının prinsiplərinə daha geniş çərçivədə riayət etmək istiqamətində böyük inkişafın təzahürüdür. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tam əks və qərəzli bir mövqe ortaya qoydu. Zahirən guya ATƏT-in bir strukturu olsa da, bu qurum faktiki olaraq ATƏT-in mövqeyinin əleyhinə getdi. Ona görə də həm bu qurumun, həm Azərbaycandakı seçkiləri dəyərləndirərkən bütün digər mötəbər beynəlxalq təşkilatların müsbət rəylərini bir kənara ataraq bəzi şəxslərin, o cümlədən buradakı bəzi həmkarlarımızın məhz DTİHB-nin saxta, qərəzli, həqiqətə zidd mülahizələrinə əsaslanması anlaşılmazdır. Amma həm də anlaşılandır. Bunlar Azərbaycana təzyiq göstərmək vasitələridir. Lakin hər kəs bilməlidir ki, heç bir qüvvə Azərbaycanı düzgün yoldan döndərə bilməz. Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna gəlincə isə mən həm Avropa Şurasında, həm də digər yerlərdə müxtəlif vaxtlarda o qurumu təmsil edən insanların oxşar çıxışlarını az dinləməmişəm və gəldiyim qənaət də bundan ibarət olub ki, guya ATƏT-ə aid olan bu təşkilat əslində Mərkəzi Kəşfiyyat İdarəsinin yedəkçisidir və qətiyyən Avropa demokratiyasına xidmət etmir.

Son prezident seçkiləri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsi idi və bu aydın həqiqətə kölgə salmağa edilən istənilən cəhd qəbuledilməzdir. Mən Azərbaycandakı prezident seçkilərini indiyədək ölkədə keçirilmiş seçkilərin ən mükəmməli hesab edir, Robert Volterin və onun rəhbərlik etdiyi Avropa Şurası seçkiləri müşahidə missiyasının verdiyi müsbət qiyməti, bu obyektiv məruzəni dəstəkləyirəm.

Müzakirələrə yekun vuran və sualları cavablandıran məruzəçi Robert Volter bir daha Azərbaycanda demokratik dəyərlərin bərqərar olması yolunda ölkə rəhbərliyinin genişmiqyaslı iş apardığını və bu seçkilərin də Azərbaycan xalqının iradəsinin dolğun ifadəsi olduğunu diqqətə çatdırmışdır.

Daimi Komitənin AŞPA-nın sədri Jan Klod Minyonun sədrliyi ilə keçən iclasında Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar məruzənin yekun mətni müsbət qiymətləndirərək qəbul edilmişdir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Həşəratların yox olması artıq qidalanma defisitinə səbəb olur

Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək

İlham Bayramov: Dövlət Proqramında müasir suvarma texnologiyalarının tətbiqi prioritet istiqamət kimi müəyyən edilib

BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub

Azərbaycan məktəbliləri Balkan Riyaziyyat Olimpiadasında 3 gümüş və 3 bürünc medal qazanıblar

Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər

Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb

ADSEA: Qazax-Tovuz iqtisadi rayonunda suvarma infrastrukturunun gücləndirilməsi üzrə tədbirlər davam edir

İmtahanda yüksək bal toplayan abituriyent: Sistemli şəkildə hazırlaşmaq nəticə verir

ADSEA sədr müavin: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub

Volqa-Xəzər gəmiçilik kanalının bir sahəsində gəmilərin naviqasiyası müvəqqəti dayandırılıb

CGIAR: Rəqəmsal həllərin tətbiqi sağlamlıq təhlükələrinə qarşı daha koordinasiyalı mübarizə aparmağa imkan yaradır

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub