AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI TÜRKİYƏYƏ KREDİT AYIRACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Bakı-Tbilisi-Qars dəmir yolu ilə paralel çəkilən və Avropanı Türkiyədən keçməklə Asiyaya birləşdirəcək “Marmaray” dəmir yolu layihəsinin tikintisinə 217 milyon avro kredit ayıracaqdır.
Kredit əsasən, dəmir yolunun İstanbuldakı Qəbzə-Heydərpaşa və Sirkəçi-Halkali hissələrinin inşasına yönəldiləcəkdir.
Türkiyə Xəzinə İdarəsinin məlumatına görə, kredit sazişi iyunun 26-da imzalanacaqdır. Türkiyə hökuməti krediti 30 il müddətində və ilk 5 ili güzəştli olmaqla ödəyəcəkdir.
“Marmaray” layihəsi Bosfor boğazından, dəniz altından keçməklə, Avropanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Çinin Şanxay şəhərinə birləşdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:59]
QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir
- 11.06.2026 [17:11]